Hero Project and Design MMC 2020-ci ildə 10 illik iş təcrübəsinə malik mütəxəssislərin qrup halında bir araya gəlməsi nəticəsində yaradılmışdır. Komandamız bundan əvvəl uzun illər vahid komanda kimi fəaliyyət göstərərək bir çox böyük və uğurlu layihələr həyata keçirmişdir.
Hal-hazırda Hero Project and Design MMC olaraq komandamız peşəkar səviyyədə Məlumat Mərkəzləri (Data Center), sənaye, inzibati, yaşayış, qeyri-yaşayış obyektləri, xəstəxana və laboratoriyalar daxil olmaqla, bir sözlə, istənilən təyinatlı obyektlərin mexanika və elektrik sistemlərinin (MEP) layihələndirilməsini həyata keçirir.
Layihələrimiz Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Dövlət Baş Ekspertizasına təqdim olunacaq səviyyədə, eləcə də Shop Drawing səviyyəsində hazırlanır.
Bütün layihələrimiz REVIT proqramında işlənilir. Komandamız koordinasiya məsələlərinə ciddi şəkildə riayət edir və BIM layihələndirmə tətbiq olunur.
Layihə tamamlandıqdan sonra Koordinasiya Planları 2D və 3D formatda Sifarişçiyə təqdim edilir.
Təsisçi
Elman Həsənov