Daxil olmanı məhdudlaşdırılması və nəzarət sistemləri (Access control)

Daxil olmanı məhdudlaşdırılması və nəzarət sistemləri (Access control)

Layihələndirilən bu sistem yalnız müvafiq giriş icazəsi olan şəxslərin qapalı ərazilərə daxil ola bilmələri üçün nəzərdə tutulmuşdur. Sistemin əsas məqsədi kənar şəxslərin otaqlara və yaxud da mühafizə olunan zonaya icazəsiz daxil olmasının qarşısının alınmasıdır. Daxilolmaya nəzarət sistemi mühafizə edilən əraziyə daxil olan və buranı tərk edən əməkdaşları və qonaqları identifikasiya etməyə (eyniləşdirməyə) imkan verir. Bu sistem, ondan istifadə edənlərin məqsədlərindən asılı olaraq, həm yeganə giriş nöqtəsinə, həm də ki, ərazi daxilində bütövlükdə qapılar sisteminə tətbiq edilə bilər.